Pambıqçılıq sektoru
- Pambığın becərilməsi
- Fermer və təsərrüfat modeli
- Pambıqçılıq regionları
- Pambıq emalı
- Əkin məlumatları
- Əkin sahələri
- Məhsuldarlıq tendensiyası
- İxrac istiqamətləri
- Dəyər zənciri
- İzlənəbilirlilik
- Pambıq sortları
- Bazarlara çıxış
Əkin məlumatları
Pambıqçılıqda yüksək məhsuldarlıq doğru əkin planlamasından başlayır. Əkinin vaxtı, torpağın hazırlanması, toxum seçimi və səpin dərinliyi fermerlərin uğurunu birbaşa müəyyən edir.
Torpaq hazırlığı
Əkin öncəsi torpaq payız şumu və yazda yumşaldılma ilə hazırlanır. Torpağın pH səviyyəsinin 6–7 arasında olması optimal hesab edilir. Orqanik gübrələrin istifadəsi torpağın məhsuldarlığını artırır.
Toxum seçimi
ACPA və tədqiqat mərkəzləri tərəfindən tövsiyə olunan sertifikatlı toxum sortları istifadə olunmalıdır. Azərbaycanda becərilən toxumların bir qismi Yunanıstan və Türkiyədən gətirilir, digər qismi isə Azərbaycan şəraitinə uyğunlaşdırılmış yerli seleksiya toxumlarıdır.
Səpin vaxtı və üsulu
- Ənənəvi səpin vaxtı: aprel ayının ikinci yarısı – may ayının əvvəli.
- Optimal torpaq temperaturu: 12–14°C.
- Səpin dərinliyi: 4–6 sm, hər metrə 18–20 bitki norması ilə.
- Müasir metod: pnevmatik səpin aqreqatları toxumun bərabər paylanmasını təmin edir.
Gübrələmə və suvarma
Azot, fosfor və kalium gübrələrinin balanslı istifadəsi məhsuldarlığı 25–30% artıra bilər. Suvarmada ənənəvi arx üsulları ilə yanaşı, damcı suvarma da tətbiq olunur.
Aqrotexniki tədbirlər
Əkin sonrası vacib tədbirlər:
- Alaq otlarının məhv edilməsi
- Torpağın yumşaldılması
- Bitki sıxlığının normallaşdırılması
- Zərərvericilərə qarşı ilkin mübarizə