cotton.az | Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyası

Azərbaycanda Pambıqçılıq – “Ağ Qızıl”ın Tarixi, Bugünü və Gələcəyi

Tarixi inkişaf

Azərbaycan pambıqçılığı əsrlərdir kənd təsərrüfatının aparıcı sahələrindən biridir. XIX əsrin əvvəllərində Gəncə, Göyçay, Ağdaş və Naxçıvanda kütləvi pambıq əkinləri aparılmış, Mil-Qarabağ, Muğan-Salyan və Şirvan bölgələri isə pambıqçılığın əsas istehsal zonalarına çevrilmişdir.

Əkinlərdə əsasən “Qaraqoza” sortu istifadə olunur, lifləri qısa və kobud olsa da, həmin dövrün daxili tələbatını ödəyirdi. Rusiya imperiyasına daxil olduqdan sonra pambıqçılıq sənayesi yeni mərhələyə qədəm qoydu – pambıqtəmizləmə zavodları quruldu, buxar və neft mühərrikləri ilə işləyən maşınlar tətbiq edildi.

1912-ci ildə Yelizavetpol və Bakı quberniyalarında 50-dən çox pambıqtəmizləmə müəssisəsi fəaliyyət göstərirdi. Məhsulun mühüm hissəsi Moskva, Polşa və Riqa fabriklərinə ixrac edilirdi. “Əliyev qardaşları”, “Muğan”, “Kaspi manufakturası” və H.Z. Tağıyevin toxuculuq fabrikləri Azərbaycanın pambıq sənayesini Qafqazın ən iri istehsal mərkəzlərindən birinə çevirmişdi.

1907–1911-ci illərdə Muğan və Mil düzlərində suvarma kanallarının çəkilməsi ilə 50 min desyatin torpağa suvarma imkanı yaradıldı. Bu addım pambıqçılıqda məhsuldarlığın yüksəlməsinə ciddi təsir göstərdi.

Sovet dövrü və müstəqillik sonrası

Sovet dövründə pambıqçılıq Azərbaycanda “ağ qızıl” kimi dəyərləndirilirdi. 1979–1981-ci illərdə hektardan məhsuldarlıq 30 sentneri keçərək, 1981-ci ildə rekord səviyyəyə – 1 milyon ton pambıq tədarükünə çatdı.

Müstəqillik illərində isə sahənin inkişafı dalğavari xarakter aldı. 1990-cı illərin iqtisadi çətinlikləri və 2000-ci illərdə prioritetlərin dəyişməsi nəticəsində pambıq istehsalı kəskin azaldı. 2015-ci ildə cəmi 18 min hektarda pambıq əkildi və 35 min ton məhsul tədarük olundu.

Lakin dövlət dəstəyi və yeni subsidiyalarla 2016-cı ildən pambıqçılıq yenidən dirçəliş dövrünə qədəm qoydu.

Strateji əhəmiyyəti

Pambıqçılıq Azərbaycanda bir neçə istiqamətdə strateji əhəmiyyətə malikdir:

  • İqtisadi baxımdan: Pambıq xammalı həm yerli tekstil və yüngül sənaye üçün baza təşkil edir, həm də ixrac potensialı sayəsində xarici valyuta gətirir.

  • Sosial baxımdan: On minlərlə kənd əhalisinin məşğulluq imkanlarını genişləndirir və regionların sosial-iqtisadi inkişafına töhfə verir.

  • Ətraf mühit və aqrar sistem baxımından: Əkin növbəliliyində rol oynayaraq torpaq məhsuldarlığını balansda saxlayır.

  • Sənaye əlaqələri: Pambıqçılıq sektoru toxuculuq, yağ istehsalı, toxumçuluq və digər sənaye sahələri ilə birbaşa əlaqəlidir və dəyər zəncirində birləşdirici rol oynayır.

Azərbaycan hökuməti pambıqçılığın inkişafını prioritet sahələrdən biri elan etmiş, xüsusi proqramlar və subsidiyalar vasitəsilə bu sahəyə dəstəyi gücləndirmişdir. APİA və tərəfdaş qurumların fəaliyyəti nəticəsində pambıq sektorunun modernləşdirilməsi, texnoloji yeniliklərin tətbiqi və davamlılıq prinsiplərinin həyata keçirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Statistik göstəricilər (2000–2024)

Dövlət dəstəyi və gələcək hədəflər

Azərbaycanda pambıqçılıq
Azərbaycan hökuməti pambıqçılığın davamlı inkişafı üçün kompleks tədbirlər həyata keçirir:
Fermerlər üçün subsidiya və güzəştlər; 95%
Yeni suvarma infrastrukturu və kanalların çəkilişi; 80%
Müasir aqrotexnika və mexanizasiya tədbirləri; 90%
Texnoloji klasterlərin yaradılması; 90%
Dayanıqlı kənd təsərrüfatı prinsiplərinin tətbiqi. 90%