cotton.az | Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyası

Sertifikatlaşdırma dəstəyi

Sertifikatlaşdırma dəstəyi APİA fermerlərin məhsullarını beynəlxalq və milli standartlara uyğun sertifikatlaşdırmaları üçün hərtərəfli dəstək göstərir. Bu xidmət, fermerlərin bazarda rəqabət qabiliyyətini artırmaq, məhsulun keyfiyyətini təsdiqləmək və ixrac imkanlarını genişləndirmək məqsədi daşıyır. Sertifikatlaşdırma prosesi ərzində sənədləşmə, uyğunluq yoxlamaları, audit hazırlığı və lisenziyalaşdırma mərhələlərində peşəkar məsləhət xidməti təqdim edirik. Xidmətin prioritetləri 01 Qiymətləndirmə və uyğunluq hazırlığı 02 […]

Sertifikatlaşdırma dəstəyi

APİA fermerlərin məhsullarını beynəlxalq və milli standartlara uyğun sertifikatlaşdırmaları üçün hərtərəfli dəstək göstərir. Bu xidmət, fermerlərin bazarda rəqabət qabiliyyətini artırmaq, məhsulun keyfiyyətini təsdiqləmək və ixrac imkanlarını genişləndirmək məqsədi daşıyır. Sertifikatlaşdırma prosesi ərzində sənədləşmə, uyğunluq yoxlamaları, audit hazırlığı və lisenziyalaşdırma mərhələlərində peşəkar məsləhət xidməti təqdim edirik.

Xidmətin prioritetləri

Nəticələr və faydalar:

Beynəlxalq tanınma, güclü bazar mövqeyi

Sertifikatlaşdırma dəstəyi fermerlərin məhsullarının beynəlxalq standartlara uyğun istehsal olunduğunu təsdiqləyir, alıcıların etibarını artırır və yeni bazarlara çıxış imkanı yaradır. Sertifikatlı məhsullar xarici ticarətdə daha asan qəbul edilir, tender və ixrac proseslərində üstünlük qazanır. Bu, fermerlərin bazar mövqeyini gücləndirir və satış imkanlarını genişləndirir.

Nəticə:
Fayda:
  • Məhsul beynəlxalq və milli standartlara uyğunluq sertifikatı alır.
  • Sertifikatlı məhsullar yerli və xarici bazarlarda üstünlük qazanır.
  • Sertifikatlar yeni bazarlara giriş imkanı yaradır.
  • Uyğunluq tələblərinə cavab vermək hüquqi və ticarət risklərini minimuma endirir.
  • Sertifikatlı məhsullar daha çox tələb görür

Tez-tez verilən suallar

Bu bölmədə APİA-nın sertifikatlaşdırma dəstəyi xidməti ilə bağlı ən çox verilən sualların cavablarını tapa bilərsiniz. Burada sertifikatlaşdırma prosesinin mərhələləri, tələb olunan sənədlər, beynəlxalq və milli standartlara uyğunluq, müddətlər və yenilənmə qaydaları barədə ətraflı məlumat təqdim olunur. Məqsəd fermerlərin sertifikat əldə etmə prosesində bütün suallarına aydınlıq gətirmək və bazarda güclü mövqeyə çıxışlarını asanlaşdırmaqdır.

Xidmət kimlər üçün nəzərdə tutulub?

Bu xidmət pambıq istehsalı ilə məşğul olan bütün fermerlər, kooperativlər və istehsalçı təşkilatlar üçün əlçatandır.

Proses dörd əsas mərhələdən ibarətdir: ilkin qiymətləndirmə, sənədləşmə, audit və lisenziyalaşdırma.

İstehsalın milli qanunvericiliyə, beynəlxalq standartlara və Beynəlxaq pambıqçılıq standartlarının prinsiplərinə uyğun olması tələb olunur.

Əksər sertifikatlar 1 il müddətinə verilir və illik yenilənmə tələb olunur.

APİA sənədlərin hazırlanması, auditə hazırlıq, uyğunluq yoxlamaları və lisenziyalaşdırma mərhələsində peşəkar məsləhət xidməti təqdim edir.