cotton.az | Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyası

Pambıqçılıq sektoru

Əkin məlumatları

Pambıqçılıqda yüksək məhsuldarlıq doğru əkin planlamasından başlayır. Əkinin vaxtı, torpağın hazırlanması, toxum seçimi və səpin dərinliyi fermerlərin uğurunu birbaşa müəyyən edir.

Torpaq hazırlığı

Əkin öncəsi torpaq payız şumu və yazda yumşaldılma ilə hazırlanır. Torpağın pH səviyyəsinin 6–7 arasında olması optimal hesab edilir. Orqanik gübrələrin istifadəsi torpağın məhsuldarlığını artırır.

ACPA və tədqiqat mərkəzləri tərəfindən tövsiyə olunan sertifikatlı toxum sortları istifadə olunmalıdır. Azərbaycanda becərilən toxumların bir qismi Yunanıstan və Türkiyədən gətirilir, digər qismi isə Azərbaycan şəraitinə uyğunlaşdırılmış yerli seleksiya toxumlarıdır.

  • Ənənəvi səpin vaxtı: aprel ayının ikinci yarısı – may ayının əvvəli.
  • Optimal torpaq temperaturu: 12–14°C.
  • Səpin dərinliyi: 4–6 sm, hər metrə 18–20 bitki norması ilə.
  • Müasir metod: pnevmatik səpin aqreqatları toxumun bərabər paylanmasını təmin edir.

Azot, fosfor və kalium gübrələrinin balanslı istifadəsi məhsuldarlığı 25–30% artıra bilər. Suvarmada ənənəvi arx üsulları ilə yanaşı, damcı suvarma da tətbiq olunur.

Əkin sonrası vacib tədbirlər:

  • Alaq otlarının məhv edilməsi
  • Torpağın yumşaldılması
  • Bitki sıxlığının normallaşdırılması
  • Zərərvericilərə qarşı ilkin mübarizə

Better Cotton nədir?