Pambıqçılıq sektoru
- Pambığın becərilməsi
- Fermer və təsərrüfat modeli
- Pambıqçılıq regionları
- Pambıq emalı
- Əkin məlumatları
- Əkin sahələri
- Məhsuldarlıq tendensiyası
- İxrac istiqamətləri
- Dəyər zənciri
- İzlənəbilirlilik
- Pambıq sortları
- Bazarlara çıxış
Pambıq dəyər zənciri
Pambıq istehsalı yalnız əkin və yığımla məhdudlaşmır – məhsulun dəyəri tam dəyər zənciri boyunca formalaşır. Bu proses kənd təsərrüfatından sənayeyə, sənayedən isə beynəlxalq bazara qədər uzanır.
Əkin və becərmə
Dəyər zəncirinin ilk mərhələsi torpaq hazırlığı, toxum səpini və aqrotexniki qulluq tədbirləridir. Bu mərhələ məhsulun keyfiyyətini müəyyən edən əsas faktorlardan biridir.
Məhsul yığımı
Ənənəvi əl yığımından fərqli olaraq, hazırda Azərbaycanda mexaniki yığım geniş yayılıb. Bu, həm vaxtı, həm də xərcləri optimallaşdırır.
Emal mərhələsi
Toplanan pambıq təmizləmə və linter emalı zavodlarında emal olunur. Burada çiyiddən ayrılaraq yüksək keyfiyyətli lif əldə edilir.
Tekstil sənayesi
Pambıq lifləri iplik, parça və hazır geyim istehsalı üçün əsas xammaldır. Azərbaycan pambığı xüsusilə iplik və parça istehsalında üstün mövqe tutur.
İxrac və bazara çıxış
Dəyər zəncirinin son mərhələsi pambıq və onun məhsullarının xarici bazarlara ixracıdır. Bu, ölkə üçün həm gəlir mənbəyi, həm də məşğulluq imkanı yaradır.
Dayanıqlı dəyər zənciri
APİAvə dövlət qurumları bütün mərhələlərdə dayanıqlılıq və şəffaflıq prinsiplərinə əməl olunmasını təşviq edir.