cotton.az | Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyası

Tərəfdaşlar
Üzvlərimiz

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 10 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yaradılıb. “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2017-ci il 13 noyabr tarixli Fərmanla Agentliyin Əsasnaməsi təsdiq edilib.

Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2018-ci il tarixli və 22 may 2018-ci il tarixli sərəncamlarına əsasən, müvafiq dövlət orqanlarının balansında fəaliyyət göstərən laboratoriyalar, avadanlıqlar, inzibati binalar və ştat vahidləri Agentliyin balansına verilib. Nəticədə qida təhlükəsizliyi sahəsində vahid yanaşma tətbiq etməklə, yeni mərkəzləşdirilmiş idarəetmə forması yaradılıb. Bakıda və regionlarda ən müasir avadanlıqlarla təchiz edilmiş, ən mürəkkəb təhlilləri aparmağa imkan verən 16 laboratoriyadan ibarət şəbəkə formalaşdırılıb.

Agentliyin məqsədi əhalinin sağlam və təhlükəsiz qida ilə təmin edilməsi və bununla da qida mənşəli xəstəliklərin əhəmiyyətli dərəcədə azalması, habelə kənd təsərrüfatı və qida məhsullarının məhsuldarlığının və rəqabət qabiliyyətinin yüksəldilməsi və inkişaf etmiş ölkələrin bazarlarına ixrac həcminin artırılmasına nail olmaqdan ibarətdir.

Daha ətraflı: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

Əlaqə məlumatları

1003, (012) 377 00 77, İş saatı: 09:00-18:00
info@afsa.gov.az