Tərəfdaşlar
- Kənd Təsərrüfatı Nazirliyi
- Aqrar Xidmətlər agentliyi
- Qida Təhlükəsizliyi Agentliyi
Üzvlərimiz
- Prime Cotton
- Azərpambıq
- Azərşəkər
- P-Aqro
Aqrar Sığorta Fondunu
Fərmanına əsasən aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə Aqrar Sığorta Fondu təsis edilmişdir.
“Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ölkədə aqrar sığorta sistemi dövlət-özəl əməkdaşlıq prinsipləri əsasında qurulmuşdur. Aqrar Sığorta Fondu dövlət tərəfindən təsis olunan və riskləri daşıyaraq sığorta ödənişini həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. İdarəedici Şirkət isə qeyri-həyat lisenziyasına malik olan sığorta şirkətləri tərəfindən təsis olunan və sığorta müqavilələrinin bağlanmasını təşkil edən müştərək sığortaçıdır.
Aqrar Sığorta Fondunun Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2019-cu il tarixli, 809 nömrəli “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Fərmanının 2.1.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasnın Nazirlər Kabinetinin 11 dekabr 2019-cu il tarixli, 472 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Aqrar sığorta müqaviləsi sığortalı və İdarəedici Qurum tərəfindən bağlanır. İdarəedici Qurum – Aqrar Sığorta Fondun adından aqrar sığorta sisteminin idarəedilməsini həyata keçirən müştərək sığortaçıdır. İdarəedici qurum Azərbaycan Respublikası ərazisində qeyri-həyat sığortası sahəsi üzrə fəaliyyətə lisenziyaya malik olan hüquqi şəxslər tərəfindən açıq səhmdar cəmiyyəti təşkilati hüquqi formasında bərabər səhmlərlə yaradılır və fəaliyyət göstərir.
Aqrar Sığorta Fondu öz fəaliyyətində və idarəetmədə qabaqcıl korporativ idarəetmə standartlarını tətbiq edir. Fond müştərək sığortadan istifadə edərək investisiya risklərinin azalmasına və təsərrüfatların təhlükəsizliyini artırılmasına, istehsalın genişlənməsinə şərait yaradır.
Aqrar sığorta sistemi könüllü sığorta prinsipləri əsasında təşkil edilmişdir.
Daha ətraflı: Aqrar Sığorta Fondu