cotton.az | Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyası

Ceyhan Tohum

Türkiyənin aparıcı pambıq toxumçuluq şirkəti

Toxumçuluq Ar-Ge Pambıq islahı İxrac
Ceyhan Tohum
Ana səhifə > Üzvlərimiz > Ceyhan Tohum

Şirkət haqqında

Ceyhan Tohumculuk 2007-ci ildə aqrar mühəndis Fatih Mehmet Karataş tərəfindən təsis edilmişdir. Şirkət yaradıcısı Deltapine (ABŞ) və May Tohumculuk (Türkiyə) kimi qlobal toxumçuluq nəhənglərindəki təcrübəsini Ceyhan brendinə daşımışdır. Bu gün şirkət pambıq toxumu islahı, istehsalı, delintasiya və ixrac sahələrində regionun aparıcı gücünə çevrilmişdir.

Nəhəng islah layihəsi

2023-cü ildə Türkiyənin ən böyük pambıq ıslah layihəsinə start verilmişdir. Layihə çərçivəsində 113 yeni pambıq melezleme kombinasiyası və yüzlərlə yeni xətt (F1, F2, F4) üzərində intensiv işlər aparılır.

Müasir istehsal zavodu

2024-cü ildə fəaliyyətə başlayan laboratoriyamızda toxumlar dünya standartlarına uyğun keyfiyyət kontrolundan keçirilir. Ən müasir avadanlıqlarla təchiz edilmiş zavodumuz ildə 5000 tondan çox toxum emal etmək gücünə malikdir.

Keyfiyyət laboratoriyası

HVI (High Volume Instrument) texnologiyası ilə təchiz olunmuş laboratoriyamızda lif uzunluğu, möhkəmliyi, rəngi və digər parametrlər beynəlxalq standartlara uyğun ölçülür.

Təcrübəli heyət

Ar-Ge və istehsal prosesləri pambıq ıslahı, keyfiyyət kontrolu və beynəlxalq ticarət sahəsində 30 illik təcrübəsi olan mütəxəssislər tərəfindən idarə olunur.

Azərbaycanda fəaliyyət

Azərbaycan bazarı Ceyhan Tohumculuk üçün strateji prioritetdir. Biz ölkənin pambıq sənayesinin dayanıqlı inkişafına töhfə veririk:

Strateji Tərəfdaşlıq

MKT, Azər Pambıq, AQRO-AZ, P-AGRO və Cotton Trade kimi Azərbaycanın nəhəng aqrar qurumları ilə uğurlu əməkdaşlıq edilmişdir.

İqlimə uyğunluq

Sortlarımız Azərbaycanın iqlim şəraitinə tam uyğunlaşdırılmışdır və ana məhsul kimi yüksək nəticələr verir.

Məhsuldarlıq və qənaət

Dayanıqlı kənd təsərrüfatı prinsiplərinə uyğun olaraq, quraqlığa və şoranlığa dözümlü sortlarımız su resurslarına qənaət edərək fermerlərin gəlirliliyini artırır.

Gələcək hədəf

2025-ci ildə 500 hektar sahədə aparılan toxumçuluq əkinlərindən 750 tona qədər yüksək keyfiyyətli toxum istehsalı planlaşdırılır.

Məhsullar

Almira

Azərbaycan üçün xüsusi olaraq inkişaf etdirilib. 2024-2025 sınaqlarında verim lideridir.

5500 – 7000 kq/ha Məhsuldarlıq
41 – 44% Lif Çıxımı %
29 – 31 mm Lif Uzunluğu
29 – 32 G/Tex Müqavimət
4.5 – 4.8 Mikroner

Bless

Erkən yetişən, yüksək lifli sort. Qısa vegetasiya müddəti ilə ikinci əkin üçün idealdır.

5000 – 6500 kq/ha Məhsuldarlıq
43 – 45% Lif Çıxımı %
29 – 32 mm Lif Uzunluğu
30 – 34 G/Tex Müqavimət
4.4 – 4.7 Mikroner

Ceyhan 520

Şirkətin flaqman sortu. Yüksək lif keyfiyyəti və geniş adaptasiya qabiliyyəti ilə seçilir.

5500 – 6800 kq/ha Məhsuldarlıq
42 – 44% Lif Çıxımı %
30 – 32 mm Lif Uzunluğu
31 – 35 G/Tex Müqavimət
3.8 – 4.8 Mikroner

Genesis Plus

Yeni nəsil hibrid sort. Xəstəliklərə və zərərvericilərə qarşı yüksək davamlılıq göstərir.

5200 – 6500 kq/ha Məhsuldarlıq
43 – 46% Lif Çıxımı %
30 – 33 mm Lif Uzunluğu
31 – 35 G/Tex Müqavimət
3.8 – 4.8 Mikroner

Bizimlə əlaqə saxlayın

Ceyhan Tohum ilə birbaşa əməkdaşlıq etmək və ya əlavə məlumat almaq üçün sorğu göndərə bilərsiniz.

Müraciət et