cotton.az | Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyası

Pambıqçılığın inkişafına verilən dəyər və gələcək hədəflər

Pambıqçılıq sektorunun inkişafı istiqamətində həyata keçirilən fəaliyyətlərin dəyərləndirilməsi və göstərilən əməyin yüksək qiymətləndirilməsi bizim üçün böyük qürur və motivasiya mənbəyidir. Kənd təsərrüfatı sahəsində innovativ yanaşmaların tətbiqi, fermerlərə dəstəyin gücləndirilməsi və pambıq istehsalının daha dayanıqlı şəkildə inkişaf etdirilməsi istiqamətində görülən işlər gələcək layihələrimiz üçün əlavə məsuliyyət yaradır. Bu təşəkkür və etimad, pambıq sektorunda aparılan fəaliyyətlərin düzgün […]

Pambıqçılıq sektorunun inkişafı istiqamətində həyata keçirilən fəaliyyətlərin dəyərləndirilməsi və göstərilən əməyin yüksək qiymətləndirilməsi bizim üçün böyük qürur və motivasiya mənbəyidir.

Kənd təsərrüfatı sahəsində innovativ yanaşmaların tətbiqi, fermerlərə dəstəyin gücləndirilməsi və pambıq istehsalının daha dayanıqlı şəkildə inkişaf etdirilməsi istiqamətində görülən işlər gələcək layihələrimiz üçün əlavə məsuliyyət yaradır.

Bu təşəkkür və etimad, pambıq sektorunda aparılan fəaliyyətlərin düzgün istiqamətdə davam etdiyini göstərir. Qarşıdakı dövrdə də pambıqçılığın inkişafı, müasir texnologiyaların tətbiqi, məhsuldarlığın artırılması və fermerlərin maarifləndirilməsi istiqamətində fəaliyyətlərimizi davam etdirəcəyik.

Bu dəyərli təşəkkürə görə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə və əməyi keçən hər kəsə təşəkkürümüzü bildiririk.