Tərəfdaşlar
- Kənd Təsərrüfatı Nazirliyi
- Aqrar Xidmətlər agentliyi
- Qida Təhlükəsizliyi Agentliyi
Üzvlərimiz
- Prime Cotton
- Azərpambıq
- Azərşəkər
- P-Aqro
Azərşəkər
Hədəfimiz dünyada mövcud qabaqcıl texnologiyanı uğurla tətbiq edərək, yüksək effektivli idarəetməyə malik aqroholdinq kimi fəaliyyət göstərməkdir. Azərşəkər olaraq anlayırıq ki, bu yolla ölkəmizin iqtisadi inkişafının dayanıqlığına, iqtisadi müstəqilliyinə töhfə vermiş olacağıq.
Şirkətimizdə komanda işinə dəyər verərək, daim inkişaf edən bacarığımızla dünyanın ən son kənd təsərrüfatı texnologiyalarını tətbiq edirik. Korporativ sosial məsuliyyəti təşviq edərək ölkəmizin kənd təsərrüfatı sektorunda örnək dəyərlərə malik bir şirkətik.
Azərşəkər MMC və Özbəkistanın “Global Textil” şirkəti ilə ortaq həyata keçirilən Tekstil Klasteri Azərbaycanın ən böyük aqrar-sənaye layihələrindən biridir. Layihə bir çox regionları əhatə edir və 2400 yeni iş yerinin açılmasını nəzərdə tutur. Əkinçilik istiqamətində Yevlax, Ağcabədi, İmişli, Füzuli və digər rayonlarda fermerlərlə əməkdaşlıq planlaşdırılıb. Əkinçilikdən sonrakı mərhələdə isə pambığın ilkin emalı üzrə zavodların Ucar və Ağcabədidə fəaliyyətə başlaması nəzərdə tutulur.
Son bir il ərzində layihənin iqtisadi səmərəliliyi dəyərləndirilmiş, pambıq emalı və keyfiyyəti, eləcə də pambıq yetişdirilməsi üzrə testlər uğurla həyata keçirilmişdir. Yaxın 3 ayda iplik istehsalının başlanması üçün tikinti işlərinə start verilməsi planlaşdırılır.
Layihənin ümumi dəyəri 104 milyon ABŞ dolları təşkil edir. Bunun təqribən 80 milyon dolları iplik emalı və parça istehsalı zavodlarına yönəldilir. Layihə çərçivəsində illik 40 min ton pambığın emalı və nəticə etibarilə 11 min ton iplik istehsalı nəzərdə tutulur. Proses dəyər zənciri üzrə son mərhələyə — geyim istehsalına qədər davam etdiriləcəkdir. Bu model ölkəmizin mahlıc ixracatçısından daha yüksək dəyərli tekstil ixracatçısına çevrilməsinə və sektorun stabil şərtlərlə inkişafına xidmət edəcəkdir. Layihə çərçivəsində Avropanın bir sıra böyük markaları ilə əməkdaşlıq və region ölkələrinə ixrac planlaşdırılır.
Daha ətraflı: AZƏRŞƏKƏR