cotton.az | Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyası

BETTER COTTON INİTİATİVE TƏŞKİLATINA ÜZVLÜYÜ MÖVZUSUNDA MÜZAKİRƏLƏR APARILIB

Lorem ipsum dolor sit amet, cibo mundi ea duo, vim exerci phaedrum. There are many variations of passages of Lorem Ipsum available, but the majority have alteration in some injected or words which don’t look even slightly believable. If you are going to use a passage of Lorem Ipsum.

Təcrübə sahələrində keçirilən tarla baxışına Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının (APİA) sədri Fərid Firidunov, APİA-nın layihələr üzrə koordinatoru Cavid Şahmuradov, institutun araşdırmaçı-aqronomu Ayxan Vəkilzadə və müstəqil auditor Kadir Taşdelen qatıldı. Tədbərin əsas məqsədi pambıqçılıqda BCI standartlarının tətbiqi prosesini qiymətləndirmək və ölkəmizin bu beynəlxalq təşəbbüsə üzvlük şərtlərini müzakirə etmək idi.

Tarla baxışı zamanı təcrübə sahələrində pambıq bitkisinin yetişdirilməsi üzrə aparılan işlər, əkinçilik texnologiyaları və ətraf mühitin qorunması ilə bağlı tədbirlər diqqətlə incələndi. Eyni zamanda, BCI standartlarının yerli şəraitə uyğunlaşdırılması və pambıq istehsalının davamlı inkişafı üçün görüləcək tədbirlər müzakirə olunub.

Görüş iştirakçıları pambıqçılıq sektorunun beynəlxalq standartlara uyğunlaşdırılmasının əhəmiyyətini vurğulayaraq, ölkəmizin Better Cotton Initiative təşkilatına üzvlüyünün pambıq istehsalında keyfiyyətin artırılması və ekoloji davamlılığın təmin edilməsi baxımından vacib addım olduğunu qeyd etdilər. Müzakirələr nəticəsində, gələcəkdə daha effektiv əməkdaşlıq və informasiya mübadiləsi üçün bir sıra təkliflər irəli sürüldü və tətbiq olunması planlaşdırılan strategiyalar müəyyənləşdirilib.

Mənbə: https://www.bmtbeti.az/better-cotton-initiative-t%C9%99skilatina-uzvluyu-movzusunda-muzakir%C9%99l%C9%99r-aparilib.html