cotton.az | Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyası

Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində sahibkarlıq fəaliyyətinə maneələrin müəyyənləşdirilməsi üzrə Altqrupun görüşü keçirilib

Lorem ipsum dolor sit amet, cibo mundi ea duo, vim exerci phaedrum. There are many variations of passages of Lorem Ipsum available, but the majority have alteration in some injected or words which don’t look even slightly believable. If you are going to use a passage of Lorem Ipsum.

Azərbaycan Respublikasının İqtisadi Şurasının Sahibkarlıq Fəaliyyətinə Maneələrin Aradan Qaldırılması və Biznes Mühitinin Yaxşılaşdırılması üzrə İşçi Qrupu tərəfindən təşkil olunan Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin müəyyənləşdirilməsi və müvafiq təkliflərin hazırlanması üzrə Altqrup üzvləri görüş keçiriblər.

Görüşdə Altqrupun fəaliyyət prinsipləri, qarşıya qoyulan vəzifələr müzakirə olunub, fikir mübadiləsi aparılıb və bir sıra qərarlar qəbul edilib. Sahibkarlara economicreforms.gov.az elektron platformasının imkanları və texniki istifadəsi haqqında təqdimat edilib, bu istiqamətdə suallar cavablandırılıb.

Daha sonra Koordinasiya Qrupuna üzvlərin seçilməsi ilə bağlı təlimat təqdim olunub və namizədliyini irəli sürən sahibkarların qeydiyyatı aparılıb. Keçirilən səsvermə nəticəsində Koordinasiya Qrupunun tərkibi müəyyən edilib.

Nəticədə, Altqrupun Koordinasiya Qrupunun rəhbəri vəzifəsi Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyevə həvalə olunub.

 

Mənbə: Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində sahibkarlıq fəaliyyətinə maneələrin müəyyənləşdirilməsi üzrə Altqrupun görüşü keçirilib – İqtisadi Şura – Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrupu