Tərəfdaşlar
- Kənd Təsərrüfatı Nazirliyi
- Aqrar Xidmətlər agentliyi
- Qida Təhlükəsizliyi Agentliyi
Üzvlərimiz
- Prime Cotton
- Azərpambıq
- Azərşəkər
- P-Aqro
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə yenidən təşkil edilmişdir.
Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının, o cümlədən akvakultura obyektlərinin istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətini işləyib hazırlayan və onu gerçəkləşdirən, normativ hüquqi və iqtisadi tənzimlənməni həyata keçirən, fitosanitar və baytarlıq sahələrində xidmətlər göstərən mərkəzi icra hakimiyyəti orqanıdır.
Tabe qurumlar:
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi
Aqrar Kredit və İnkişaf Agentliyi
Aqrar Tədqiqatlar Mərkəzi
Aqrar Elm və İnnovasiya Mərkəzi
Rayon və şəhər Dövlət Aqrar İnkişaf Mərkəzləri
Dövlət Toxum Fondu
Respublika Süni Mayalanma Mərkəzi
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC
“Aqrar Tədarük və Təchizat” ASC
Dövlət Aqrar Ticarət Şirkəti
“Green Park Azərbaycan” MMC
“Aqrolizinq” ASC (Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2009-cu il tarixli 392 nömrəli Sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin idarəçiliyinə verilmişdir)
Tarixi Yol:
1918 – Əkinçilik və Əmək Nazirliyi (Azərbaycan Milli Şurası)
1918 (oktyabr) – Dövlət Əmlakı və Əkinçilik Nazirliyi
1920 – Dövlət Torpaq Komissarlığı
1946 – Torpaq Komissarlığı Əkinçilik Nazirliyinə çevrildi, fevralda Kənd Təsərrüfatı Nazirliyi yaradıldı
1947 – Texniki Bitkilər Nazirliyi tərkibə daxil edildi
1985 – Dövlət Aqrar Sənaye Komitəsi yaradıldı
1992 – Müstəqil Azərbaycanın Kənd Təsərüfatı və Ərzaq Nazirliyi
1993 – Yenidən Kənd Təsərrüfatı Nazirliyi yaradıldı və fəaliyyətini davam etdirir