cotton.az | Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyası

Tərəfdaşlar
Üzvlərimiz

P-Aqro

Cəmiyyətin tabeliyində 17 filial, Saatlı və Ucar rayonlarında yerləşən 2 pambıq emalı zavodları fəaliyyət göstərir. Saatlı Pambıq Emalı Zavodu illik 20 000 ton xam-pambıq və Ucar Pambıq Emalı Zavodu isə illik 40 000 ton xam-pambıq emal etmək gücünə malikdir. Cəmiyyətin Salyan, Ağdam, Ağsu, Zərdab, Bərdə, Füzuli, Hacıqabul, Sabirabad, Saatlı, Ağcabədi, Biləsuvar, Ucar, Kürdəmir, Beyləqan, Yevlax, İmişli və Neftçala rayonlarında filialları fəaliyyət göstərir. “P-Aqro” MMC üzrə işçilərin sayı 906 nəfər təşkil edir.

Cəmiyyətin balansında pambığın əkilməsi və becərilməsi üçün 1903 sayda müxtəlif müasir tipli kənd təsərrüfatı texnikaları və o cümlədən 118 ədəd “Belarus 1221” markalı traktor, 230 ədəd “Belarus 80-X” markalı traktor, 2 ədəd “Belarus 892” markalı traktor, 1 ədəd “Belarus 82.1” markalı traktor və 541 ədəd traktor qoşqusu mövcuddur.

“Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar “P-Aqro” MMC tərəfindən 2018-ci ildə 24 min hektar torpaq sahəsində pambıq əkilmiş, 36 min tondan çox xam pambıq tədarük edilmişdir. 2019-cu il mövsümündə 19000 ha əkinə yararlı və suvarılan torpaq sahələrində pambıq əkilməsi planlaşdırılmışdır.

“P-Aqro” MMC ölkəmizin müxtəlif bölgələrində pambıqçılıq sahəsində geniş fəaliyyət göstərir. Qısa müddət ərzində Ağsu qəbul məntəqəsinə 180,2 ton pambıq təhvil verilmiş, Ləngəbiz, Çaparlı və Ərəbmehdibəy ərazilərində məhsulun itkisiz yığılması üçün bütün qüvvələr səfərbər olunmuşdur. Yığım prosesində 400 hektar sahədə pambığın kombaynlarla toplanması nəzərdə tutulmuş və bu məqsədlə 3 pambıqyığan kombayn tam hazır vəziyyətə gətirilmişdir.

İmişli rayonunda əməkdaşlıq çərçivəsində məhsul qısa müddətdə yığılmış, ümumilikdə 22-23 min ton məhsul götürülməsi planlaşdırılmışdır. Ağcabədidə “P-Aqro” MMC ilə müqavilə əsasında 1420 hektar sahədə pambıq əkilmiş, defolyasiya işlərindən sonra yığımın maşınla aparılması üçün kombaynlar ayrılmışdır. Beyləqan rayonunda 820 hektar sahədə pambıq becərilmiş, Zərdab rayonunda isə toplanan 272,3 ton məhsulun 45,4 tonu “P-Aqro” MMC tərəfindən tədarük edilmişdir.

Daha ətraflı: P Agro