cotton.az | Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyası

Tərəfdaşlar
Üzvlərimiz

Prime Cotton

Prime Cotton Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən artıq iş təcrübəsinə malikdir. Şirkətin əsas fəaliyyət istiqaməti ölkənin 20 pambıqçılıq rayonunun 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.


Prime Cotton MMC xam pambıqdan əsasən mahlıc, çiyid habelə lint, uluk və tiftik əldə edərək iplik , pambıq yağı, pambıq toxumu və jımıx istehsalını həyata keçirməkdədir. Bu məhsullar əsasən Türkiyə, Rusiya və digər MDB ölkələrinə, eyni zamanda Avropa, Yaxın və Uzaq Şərq ölkələrinə ixrac edilir. Şirkətin istehsal etdiyi pambıq mahlıcı ortaliflidir və özünəməxsus rəngə malikdir, bununla da o, məsələn, Amerika pambığından öz sarımtıl çalarları ilə fərqlənir.


Regionlarda yerləşən Pambıq Emalı, Qəbul Məntəqəsi və İnnovasiya filiallarından başqa Prime Cotton MMC-nin Bakı şəhəri və Mingəçevir şəhəri ərazisində xam pambıq mahlıcından müxtəlif növ ipliklər istehsal edən “Bakı Tekstil Filialı” və “Mingəçevir Tekstil Parkı”, Şirvan şəhərində çiyiddən pambıq yağı istehsal edən “Şirvan Yağ Emalı Zavodu” fəaliyyət göstərməkdədir.

Prime Cotton tərəfdaşlarına və alıcılara öz mallarının yüksək keyfiyyətinə və vaxtında çatdırılmasına zəmanət verir. Cəmiyyət inkişaf dinamıkasını qorumaq üçün strateji əhəmiyyətli regional filiallarda əsaslı təmirlər, yenidənqurma işləri və modernizasiyalar həyata keçirir.

Zavod və müəssisələrə yeni və daha müasir Türkiyə, ABŞ, Özbəkistan Respublikası, İsveçrə və Ukrayna Respublikasında istehsal olunmuş avadanlıqlar, texniki vasitələr və mütəxəssislər cəlb edilir.

Prime Cotton MMC hazır məhsulları üzrə “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi”ndən Uyğunluq Sertifikatı almışdır.

Daha ətraflı: Prime Cotton MMC