Texniki məsləhət və sahə dəstəyi
Fermerlər üçün texniki dəstək xidmətlərimiz, aqrar fəaliyyətin hər mərhələsində peşəkar və elmi əsaslı məsləhətlər təqdim edərək, məhsuldarlığın artırılmasına və davamlı istehsalın təmin edilməsinə kömək edir. Təcrübəli mütəxəssislərimiz sahə ziyarətləri, praktiki göstərişlər və təlimlər vasitəsilə fermerlərin bilik və bacarıqlarını gücləndirir.
Xidmətin prioritetləri
Nəticələr və faydalar:
Daha yüksək məhsuldarlıq, Daha az risk
Optimal aqrotexniki tədbirlər sayəsində fermerlər həm məhsulun miqdarını, həm də keyfiyyətini artırır. Resursların səmərəli istifadə xərcləri azaldır, gəlirliliyi yüksəldir. Sağlam torpaq və təmiz su ehtiyatları isə uzunmüddətli istehsal sabitliyini təmin edir.
Nəticə:
- Daha sabit və yüksək məhsuldarlıq
- Girdilərə qənaət və iqtisadi səmərəlilik
- Sağlam torpaq və təmiz su mənbələri
- Təhlükəsiz və keyfiyyətli məhsul istehsalı
Fayda:
- Fermerlər optimal aqrotexniki tədbirlər sayəsində məhsul miqdarını və keyfiyyətini artırırlar.
- Gübrə, su, pestisid və əmək resurslarının düzgün idarəsi daha az xərc və daha çox gəlir təmin edir.
- Ətraf mühitin qorunması, torpağın münbitliyinin və su ehtiyatlarının davamlı saxlanması təmin olunur.
- Sağlam və beynəlxalq standartlara uyğun məhsullar bazarda üstünlük əldə edir.
Tez-tez verilən suallar
Fermerlər üçün göstərilən texniki məsləhət və sahə dəstəyi xidmətləri ilə bağlı ən çox ünvanlanan sualları və onların cavablarını burada tapa bilərsiniz. Bu bölmə, xidmətin kimlər üçün nəzərdə tutulduğunu, necə həyata keçirildiyini, ödəniş şərtlərini və dəstəyin tezliyini aydın şəkildə izah edir.
Xidmət kimlər üçün nəzərdə tutulub?
Pambıq istehsalı ilə məşğul olan bütün fermerlər üçün əlçatandır.
Texniki məsləhət necə təqdim olunur?
Sahə ziyarətləri, fərdi məsləhət sessiyaları, qrup təlimləri və praktiki göstərişlərlə.
Xidmət ödənişlidirmi?
APİA üzvləri üçün əsas texniki dəstək ödənişsizdir.
Sahə dəstəyinin müddəti?
Mövsüm mərhələsinə uyğun olaraq aylıq və ya iki həftəlik ziyarətlər həyata keçirilir.
