cotton.az | Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyası

Dayanıqlılıq

Sosial rifah

Pambıqçılıq yalnız kənd təsərrüfatı fəaliyyəti deyil, həm də minlərlə ailənin sosial rifahının təminatıdır. Azərbaycan Pambıqçılar Assosiasiyasının (ACPA) məqsədi fermerlərin həyat keyfiyyətini yüksəltmək və kənd icmalarında davamlı sosial inkişafı təşviq etməkdir.

Hazırda Azərbaycan da Better Cotton ölkə üzvlüyü prosesindədir və bu çərçivədə BCI prinsiplərinin tətbiqi istiqamətində addımlar atılır.

Kənd icmalarında sosial rifah

Təhsil və maarifləndirmə sosial inkişafın əsas istiqamətlərindəndir. ACPA fermerlər üçün təlim proqramları və sahə ziyarətləri təşkil edərək onların bilik və bacarıqlarını artırır. Gənclərin kənd təsərrüfatına marağını gücləndirmək üçün maarifləndirici layihələr həyata keçirilir və onların kənd təsərrüfatında aktiv iştirakı dəstəklənir.

Sağlamlıq və rifah kənd icmalarının həyat səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Fermer ailələri üçün sağlam iş mühiti və təhlükəsizlik tədbirləri təşviq olunur. Eyni zamanda, icmalarda sanitariya şəraitinin yaxşılaşdırılması və təmiz suya çıxış imkanlarının artırılması əsas hədəflərdəndir.

Gender bərabərliyi və qadınların rolu kənd təsərrüfatında xüsusi əhəmiyyət kəsb edir. Kənd qadınlarının fermer təsərrüfatlarında aktiv iştirakı, onların təlimlərə və qərarvermə proseslərinə cəlb olunması sosial inkişafın ayrılmaz tərkib hissəsidir.

Azərbaycanın sosial potensialı bu sahədə genişdir. Bəzi layihələr hələ ilkin mərhələdə olsa da, ACPA bu təşəbbüsləri dəstəkləyir və onların icrasını planlaşdırır. Məqsəd kənd yerlərində rifahı yüksəltmək, fermerlərə sosial dayanıqlılıq qazandırmaq və kənd təsərrüfatını sosial inkişafla birləşdirməkdir.

Better Cotton prinsipləri

Better Cotton nədir?