cotton.az | Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyası

Dayanıqlılıq

Torpaq və əkin

Torpaq kənd təsərrüfatının ən əsas resursudur və onun münbitliyi ilə sağlamlığı məhsuldarlığın davamlı olmasında mühüm rol oynayır. ACPA olaraq torpağın qorunması və düzgün əkin üsullarının tətbiqini dəstəkləyirik.

Torpaq münbitliyi və davamlı əkin üsullarının tətbiqi

Torpağın münbitliyinin qorunması kənd təsərrüfatında əsas məqsədlərdən biridir. Növbəli əkin sistemi torpaq üzərində təzyiqi azaldır və torpağın bərpasına imkan yaradır. Üzvi gübrələrin və kompostun istifadəsi torpağın qida balansını bərpa edir, torpaq analizləri isə düzgün gübrələmə planının hazırlanmasına şərait yaradır.

Torpaq eroziyasının qarşısının alınması üçün külək və su eroziyasına qarşı qoruyucu meşə zolaqları salınır. Enişli sahələrdə torpaq yuyulmasının qarşısını alan müasir əkin texnologiyalarının tətbiqi də bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Davamlı əkin üsulları isə həm resurslara qənaəti, həm də daha yüksək məhsuldarlığı təmin edir. Əkin zamanı suya qənaət edən texnologiyaların istifadəsi və toxum seçiminin müasir standartlara uyğunlaşdırılması kənd təsərrüfatının keyfiyyətini artırır. Yerli şəraitə uyğunlaşdırılmış sortların əkilməsi isə məhsulun sabitliyini və davamlılığını gücləndirir.

Azərbaycanın potensialı bu sahədə böyükdür. Hələ bütün təsərrüfatlarda tam tətbiq olunmasa da, ACPA bu metodların inkişafını dəstəkləyir və yaxın gələcəkdə daha geniş miqyasda tətbiqini planlaşdırır. Məqsəd torpağın sağlamlığını qorumaq, pambıqçılığın davamlılığını təmin etmək və fermerlərə uzunmüddətli fayda qazandırmaqdır.

Better Cotton prinsipləri

Better Cotton nədir?